Brain Ring" intellektual yarışının Quba-Xaçmaz mərhələsi keçirilib
Avqustun 15-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən "Brain Ring" intellektual yarışının Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə yerli mərhələsinə start verilib.
Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində baş tutan yarışda 4 komanda iştirak edib. Gərgin və maraqlı mübarizədən sonra “QXRTİ-Team” komandası qalib gələrək finalda Quba-Xaçmaz Regional Təhsil İdarəsini təmsil etmək hüququ qazanıb.
Qalib komandaya ETİHİ-nin Quba şəhər komitəsi tərəfindən hədiyyələr təqdim olunub.
Layihənin məqsədi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və onun yerli bölmələri arasında komanda ruhunu gücləndirmək, əməkdaşlar arasında ünsiyyət və əməkdaşlığı təşviq etməkdir.





Yeni Şərh